“Barselona”nın və Türkiyə millisinin futbolçusu Arda Turanın daha bir təqdirəlayiq hərəkəti ortaya çıxıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu Bakırköy Qadın həbsxanasında yerləşən Ədalət məktəbin uşaqlarının 1 ildən artıqdır ki, günorta yeməyinin xərclərini öz üstünə götürüb.
Həmin cəzaçəkmə müəssisəsində 225-i əcnəbi olmaqla 881 qadın cəza çəkir.
Ədalət məktəbində isə 2-6 yaş arası 35 uşaq var.