Müstəqillik əldə edəndən bəri Anqola tarixində ilk dəfə əhalinin siyahıya alınmasını keçirir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu tədbirdə 90 min nəfər iştirak edir.
Sonucu dəfə əhalinin siyahıya alınması 1970-ci ildə, Anqola Portuqaliyanın müstəmləkəsi olanda keçirilib.
Rəsmi mənbənin məlumatına əsasən, tədbir çox sakit şəraitdə və operativ şəkildə gerçəkləşdirilir.
Anqola neft ixracatı üzrə Afrikada ikinci dövlət olsa da, ölkə əhalisi yoxsuldur.