Ankaradan Kremlə sərt mesaj
05 fevral 2016 00:15 (UTC +04:00)

Ankaradan Kremlə sərt mesaj

0

Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Tancu Bilqic bildirib.  

 

“Bizim hava məkanımızın pozulması hallarının qarşısını almaq, lazımi tədbirlər görmək və müvafiq şəkildə cavab verməyə dair  beynəlxalq qanunvericiliyə əsaslanan suveren hüququmuz var”,  - deyə Türkiyə XİN-in saytında dərc olunmuş materialda bildirilir.  

 

Məlumatda qeyd olunur ki, Türkiyənin hava məkanının pozulması konkret nəticələrlə yekunlaşacaq və bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək.

 

Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "SU -34" təyyarəsi yanvarında 29-da Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub.  

axt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar