Ankarada məktəbdə dini təhsilə etiraz: 100-dək saxlanılan var
20 dekabr 2014 20:15 (UTC +04:00)

Ankarada məktəbdə dini təhsilə etiraz: 100-dək saxlanılan var

0

Türkiyənin Ankara şəhərində dünyəvi təhsil tərəfdarlarının keçirdiyi mitinqdə yüzdən çox nümayişçi saxlanılıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, nümayiş təhsil işçilərinin həmkarlar ittifaqı tərəfindən “Dünyəvi təhsil və əməyə hörmət” şüarı altında təşkil olunub. Polis etirazçılara  qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

 

 

"Yatağan" meydanı yaxınlığında başlayan etiraz nümayişi şəhər strukturları ilə razılaşdırılmadığından, aksiyaların keçirilməsinə qadağa qoyulan "Kızılay" meydanına doğru yürüş etmək istəyən kütlənin yürüşü davam etdirilməsinə imkan yaradılmayıb.

 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası dini ekstremizm ilə mübarizədə  dini təhsilin vacib olduğunu iddia edir. Qeyd edək ki, Türkiyədə dini etika fənninin dərs proqramına əlavə olunmasının əleyhinə, əsasən, Cümhuriyyət Xalq  Partiyası çıxış edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar