Ankarada CHP namizədi Mansur Yavaşın tərəfdarları etiraz aksiyası keçirir
01 aprel 2014 18:02 (UTC +04:00)

Ankarada CHP namizədi Mansur Yavaşın tərəfdarları etiraz aksiyası keçirir

Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində paytaxt Ankarada cüzi fərqlə (1%-dən az) uduzduğu açıqlanan Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin yenidən sayılması üçün Yüksək Seçim Kuruluna (YSK - mərkəzi seçki komissiyası) müraciət edib.


 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən CHP üzvləri və tərəfdarları YSK binasının qarşısına toplaşmağa başlayıb. Günorta saatlarında insanların sayı artıb və YSK binasının qarşısında nəqliyyatın hərəkəti dayanıb. Əraziyə seçkidə CHP namizədi Mansur Yavaşa səs vermiş MHP tərəfdarları da gəlib. Kütlə “AKP xalqa hesab verəcək!”, “Hər yer rüşvət, hər yer korrupsiya!”, “Mustafa Kamalın əsgərləriyik!” deyə qışqırır.

 

CHP paytaxtın ən iri rayonlarından olan, 600 minə yaxın əhalinin yaşadığı Yenimahalle ərazisindəki seçki məntəqələrində olan 6 min qutuda səslərin yenidən sayılmasını istəyib. Bu qutularda təxminən 180 min seçici səs verib. AKP namizədi Məlih Gökçəyin CHP namizədi Mansur Yavaşa cəmi 31 min səs üstünlüyü ilə qalib gəldiyi açıqlanıb. CHP Ankarada ən çox səs aldığı rayonlardan olan Yenimahalledə nəticələrin düzgün hesablanmadığını və bunun nəticəsində M. Gökçəyin önə keçdiyini düşünür. CHP millət vəkili Süheyl Batum əllərində rəsmi protokollar olduğunu və buradakı nəticələrlə elektron sistemə ötürülən nəticələrin fərqləndiyini bəyan edib.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar