Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Hazırda iclasın tarixi və gündəliyi tərəflər arasında dəqiqləşdirilir.
İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.