Ankaradakı terror hücumuyla əlaqədar aparılan istintaq zamanı şübhəli şəxs kimi saxlanılanların sayı 17-ə çatıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Ankara Cümhuriyyət Baş prokuroru Harun Kodalak bildirib: “Demək olar ki, hadisəni həll etmişik. Yaxın zamanda lazım olan açıqlamalar dövlətin səlahiyyətli şəxsləri tərəfindən ediləcək”.