Tailandda Phetburi əyalətində dağ uçqunu baş verib. Lent.az-ın məlumatına görə, uçqun nəticəsində büdpərəstlərin məbədi yerləşdiyi dağdan nəhəng qaya parçaları qopub. Aşağı yuvarlanan daşlar qarşısına keçəni dağıdıb.
Nəhəng daş dağın ətəyində olan evləri və maşınlar da əzib. Uçqun zamanı evdə olan 6 yaşlı uşaq və anası Alfiya Bakiyeva xəsarət alıblar. Ağır vəziyyətdə olan uşaq xüsusi təyyarə ilə Bankoqa gətirilsə də, anasını hadisə yerindəcə ölüb.