Respublikaçı-senator Con Makkeyn qənaətincə, ABŞ Ukraynaya uzunmüddətli hərbi yardım proqrammı təklif etməlidir.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, uyğun bəyanatı o, Kiyevə səfər edən başqa senatorların iştirakı ilə keçirilən mətbuat konfransında verib.
«Mən öz şəxsi fikrimi bildirirəm. Ukraynaya uzunmüddətli hərbi yardım proqramı vacibdir. Bura həm hücum, həm müdafiə silahları daxil edilməlidir»-deyə,o, vurğulayıb.
O, qeyd edib ki, ABŞ-ın Ukraynaya silah tədarük etməsi bu ölkəni «istənilən dövlətin gözlənilməz təcavüzündən qorunmasına yardım edər».
Makkeyn onu da bildirib ki, əgər prezident Barak Obama qərar qəbul edərsə, istənilən vaxt Ukraynaya silah tədarükünə başlamaq olar.