
Amerikalı politoloq: “Yunanıstan Rusiyanı seçsə, ABŞ-ın Avropada hegemonluğu bitəcək”
“Yunanıstan parlamenti Avropa İttifaqına alternativ olaraq Rusiyanı seçsə, İspaniya və İtaliya da bu yolu seçəcəklər. Bu isə Amerikanın Avropadakı hegemonluğuna son qoyulmasına gətirib çıxaracaq. Afinanın kursu Rusiya və Çin istiqamətinə dəyişməsi ilə ABŞ regiona nəzarəti itirmiş olacaq”.
APA TV-nin məlumatına görə, bu fikirlər amerikalı politoloq Pol Kreyq Robertsə məxsusdur.
Politoloq bildirib ki, ABŞ-ın öz gücünə vurğunluq siyasəti yüz milyonlarla insan üçün daimi təhlükə kəsb edir: “Çünki təcavüz ABŞ-ın və onun Avropadakı vassallarının yürütdüyü siyasətin ana xəttinə çevrilib. Vaşinqton 21-ci əsrdə inanılmaz sayda insanı qətlə yetirməsini “terrorçuluğa qarşı mübarizə” adı altında pərdələyib. Terrorçuluğa qarşı mübarizə ABŞ-ın dünyada hegemonluğunu arzulayan neomühafizəkarların yaratdığı illüziyadır. Lakin bəşəriyyətin ümid çırağı heç də Qərb deyil”.
Avropa İttifaqının lider ölkələri və Amerikanın investisiya fondları tərəfindən qarət olunan Cənubi Avropa ölkələrinə gəldikdə Roberts Avropa İttifaqına üzvlüklə gözləri qamaşan xalqları bu birliyi tərk etməyə çağırıb. Politoloq bildirib ki, Avropa İttifaqının istismar sistemi Avropa dövlətlərinin suverenliyini əlindən almağa yönəlib.
Oxşar yazılar

İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27