Amerikalı diplomat: “Rusiyalılar sanksiyaların təsirini hiss etməyə başlayacaq ”
09 may 2014 03:38 (UTC +04:00)

Amerikalı diplomat: “Rusiyalılar sanksiyaların təsirini hiss etməyə başlayacaq ”

0

Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyaların təsirini Rusiyanın adi vətəndaşları hiss etməyə başlayacaq.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ dövlət katibinin Avropa və Avroasiya işləri üzrə müavini Viktoriya Nuland konqresdəki dinləmələrdə bu açıqlamanı verib.

 

Onun sözlərinə əsasən, sanksiyalar artıq “Rusiya iqtisadiyyatının bütün sahələrinə təsir etməkdədir”.

 

V.Nuland deyib ki, ABŞ-ın məqsədi Rusiya xalqına ziyan vurmaq deyil, “ölkə rəhbərliyinin Ukraynaya münasibətni dəyişməkdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar