Amerikada qatar yük maşını ilə toqquşub, 14 nəfər yaralandı
28 oktyabr 2014 23:47 (UTC +04:00)

Amerikada qatar yük maşını ilə toqquşub, 14 nəfər yaralandı

0

ABŞ-da İndianapolisdən Çikaqoya hərəkət edən qatar yük maşını ilə toqquşub, nəticədə 14 nəfər xəsarət alıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanların hamısı Amtrak dövlət şirkətinə məxsus qatarın sərnişinləridir. Məlumata görə, zərbədən yük maşının iki hissəyə bölünməsinə baxmayaraq, sürücü xəsarət almayıb.

 

Qatarda, ümumilikdə, 56 sərnişin və 3 maşinistin olduğu bildirilir. Onlar hadisə yerindən avtobuslarla təxliyə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar