Amerika yenə Rusiyaya hədə-qorxu gəldi
10 iyun 2015 06:46 (UTC +04:00)

Amerika yenə Rusiyaya hədə-qorxu gəldi

ABŞ və onun “böyük yeddilik” üzrə müttəfiqləri zərurət yarandıqda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə naziri Ceyk Lyu bildirib.

 

“ABŞ və onun “G7”-dəki müttəfiqləri lazım gəldikdə Rusiyanın Ukraynanın şərqində aqressiv addımlarına cavab olaraq Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır”, deyə nazir Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə görüşü zamanı bildirib.

 

Amerikalı məmur Ukrayna borcunun restrukturizasiyasına (borcun qaytarılması şərtlərinə yenidən baxılması) dair sazişin əldə  olunması üçün Kiyevin səylərini dəstəkləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar