Amerika şirkətlərinə İranda işləməyə icazə verildi
17 yanvar 2016 04:16 (UTC +04:00)

Amerika şirkətlərinə İranda işləməyə icazə verildi

ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib. APA-nın xəbərinə görə, bu barədə  “Reuters” məlumat yayıb.   

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb. Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.  

 

 Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar