Amerika Rusiya qırıcılarının İrana satılmasından narahatdır
26 fevral 2016 00:12 (UTC +04:00)

Amerika Rusiya qırıcılarının İrana satılmasından narahatdır

0

ABŞ  Rusiya qırıcı təyyarələrinin İrana satılması planından narahatdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Konqresdə keçirilən dinləmələr zamanı çıxışında bildirib.

 

“Biz silah tədarükündən çox narahatıq və məsələyə böyük skeptisizmlə yanaşacağıq”, - deyə Kerri qeyd edərək, sövdələşmə detalları barədə hələlik  məlumatsız olduğunu  bildirib.     

 

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı “Su-30SM” çoxfunksiyalı qırıcı təyyarələrin İrana satılmasına dair sazişin  2016-cı il ərzində imzalanacağı barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar