Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı 7 mindən çox imza toplanıb
24 mart 2014 10:52 (UTC +04:00)

Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı 7 mindən çox imza toplanıb

Ağ Evin saytında Alyaskanın Rusiyaya birləşdirilməsi barədə yerləşdirilən petisiya iki gün ərzində 7 mindən çox imzanı toplayıb.

 

Amerika rəsmilərinin bu petisiyaya rəsmi cavab vermələri üçün aprelin 20-nə kimi daha 92,5 min imza toplanması tələb olunur.

 

APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, martın 21-də saytda yerləşdirilən petisiyada “Alyaskanın ABŞ-dan ayrılmasına və onun Rusiyaya birləşməsinə səs verin” qeyd olunub.

 

Petisiyanın mətnində rusların Alyaskanı kəşf etməsi və orada məskunlaşması barədə məlumatlar vurğulanıb. Ağ Evin saytında bildirilir ki, petisiyanın müəllifi Ankoric şəhərindən olan sakindir. Onun adı S.V. kimi göstərilir. Bir sıra Rusiya KİV-i onun Sergey Voropayev olduğunu bildirirlər.

 

Qeyd edək ki, 2012-ci ilin noyabrında Ağ Evin saytında Texas ştatının ABŞ-dan ayrılması barədə petisiyanı 125 mindən çox insan imzalayıb. Rəsmilər isə “ABŞ yaradıcıları ştatların ayrılmasını nəzərdə tutmayıblar”, deyə cavab veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35