Başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökə bilməsə ALS xəstələrinə 100 dollar verməlidir.
İndiyə kimi bu kampaniyaya "Facebook"un yaradıcısı Mark Zükerberq, "Microsoft"un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopez, Hülya Avşar, futbolçu Arda Turan və digər məşhurlar qatılıb.
Ölkəmizdə də, ALS xəstələrinə dəstək verənlər olub. Gənclər başlarına bir vedrə buzlu su tökərək, azərbaycanlı müğənniləri bu hərəkəti təkrarlamağa çağırıblar.