Almaniyanın “RWE AG” enerji şirkəti Ukraynaya təbii qaz nəql etməyə hazır olduğunu bildirib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “Bloomberg” yayıb. Şirkət rəhbərliyi qeyd edib ki, “Naftoqaz Ukrayna”-la razılığa gəlsələr, o zaman Ukraynaya “mavi yanacaq” nəql edəcəklər.
Bir müddət öncə Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkə rəhbərliyinin Avropadakı tərəfdaşlar ilə uyğun məsləhətləşmələrin aparıldığını deyərək, Avropadan 25 milyard kub metr təbii qaz almaq niyyətində olduqlarını bildirmişdi.