Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir
22 oktyabr 2014 12:37 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana gəlir.

 

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumatına görə, Almaniya XİN başçısının Azərbaycana səfəri oktyabrın 23-də baş tutacaq.

 

Səfər çərçivəsində Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

 

Almaniya XİN başçısı daha sonra İrəvana səfər edəcək, Ermənistan rəsmiləri ilə görüşəcək.

 

Qeyd olunur ki, Ştaynmayer səfər zamanı Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsini və onun həll yollarını müzakirə etməyi planlaşdırır.

 

Səfər barədə Azərbaycan XİN də məlumat yayıb. XİN-in mətbuat xidmətindənAPA-ya daxil olan məlumatda bildirilir ki, 22-23 oktyabr tarixilərində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov ilə görüşü nəzərdə tutulur.

 

Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35