Almaniyanın prezidenti İoahim Gauk aprelin 26-də Türkiyəyə rəsmi səfər edəcək.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, səfər 4 gün sürəcək. Səfr çərçivəsində o, Türkiyənin prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Almaniya prezidenti suriyalı qaçqınların məskunlaşdığı bölgəyə və “Patriot” hava hücumundan müdafiə sistemi yerləşən ərazilərə baş çəkəcək.
Mənbə xatırladıb ki, 2010-cu ildə Almaniyanın keçmiş prezidenti Kristian Vulf Türkiyəyə rəsmi səfər etmişdi.