Almaniyanın baş prokuroru istefaya göndərildi
05 avqust 2015 06:19 (UTC +04:00)

Almaniyanın baş prokuroru istefaya göndərildi

0

Almaniyanın ədliyyə naziri Hayko Mas baş prokuror Harald Ranqeni istefaya göndərib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə Deutsche Welle  məlumat yayıb. Bunu nazir ötən gün açıqlamasında bildirib.  

 

“DPA”-nın məlumatına görə, nazir açıqlamasında Ranqeyə etibarın tamamilə itdiyini bildirib.

 

Hayko Mas baş prokurorun son hərəkətlərinin ictimaiyyətdə yanlış təəssürat yaratdığını bildirərək bu cür addımların yolverilməz olduğunu bildirib.

 

Ranqeni baş prokuror vəzifəsində Münhen prokuroru Peter Frank əvəzləyəcək.

 

Bundan əvvəl Berlində 1300 nəfər dövlətə xəyanətdə təqsirli bilinən Netzpolitik.org bloqunun iki jurnalistə dəstək olaraq etiraz aksiyası keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar