Almaniyada qaçqınlar düşərgəsində kütləvi dava
02 avqust 2015 03:47 (UTC +04:00)

Almaniyada qaçqınlar düşərgəsində kütləvi dava

0

Almaniyanın Drezden şəhərində yerləşən qaçqınlar düşərgəsində suriyalı və əfqanlar arasında kütləvi dava olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qarşıdurmada hər iki tərəfdən 100-dək qaçqın iştirak edib, 8 əcnəbi müxtəlif xəsarətlər alıb.

 

Davada həm kişilər, həm də qadınlar iştirak edib.  Qarşıdurmanın səbəbi açıqlanmır.

 

Qeyd olunan qaçqınlar düşərgəsində bir həftə əvvəl də insident baş verib. Belə ki, düşərgənin qarşısında keçirilən miqranlara dəstək aksiyasının iştirakçıları və neonasistlər arasında toqquşma baş verib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar