Almaniyanın Leypsiq şəhərində neonasistlərin təşkil etdiyi mitinq iğtişaşlarla və polis əməkdaşlarına hücumlarla nəticələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DPA məlumat yayıb.
Polisin məlumatına görə, neonasistlərin əleyhdarlarının eyni vaxtda və məkanda təşkil etdiyi aksiya toqquşmalara səbəb olub. İğtişaşlar nəticəsində bir neçə nəfər xəsarət alıb. Polis əməkdaşlarına maskalı şəxslərin hücum etdiyi bildirilir.