Məhkəmə Almaniyanın Bavariya əyalətində qız şagirdin hicabla dərsə girməsinə icazə verilməsi qərarını çıxarmayıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, 2013-2014-cü il tədris dövründə peşə təhsili almaq istəyən müsəlman məktəbli qız məktəbə hicabda getmək istədiyini bildirib.
Onun bu istəyi məktəb rəhbərliyi tərəfindən təmin olunmayıb. Bu səbəbdən həmin şagird məhkəməyə müraciət edib.
Bavariya əyalət məhkəməsi iddia ilə bağlı yuxarıda bəhs etdiyimiz qərarını aprelin 25-də çıxarıb.
Həmin qərarda şagirdin məktəbə hicabla gəlməsinin yasaqlanması, məktəbli qızın vicdan azadlığına zərər vurmadığı vurğulanıb.