Almaniyanın Düsseldorf şəhərinin “Məğrib” ərəb məhəlləsində polis narkotik vasitələrinin alverçilərinə qarşı xüsusi əməliyyat keçirir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ötən gün Bakı vaxtı ilə 20.30-da başlayan əməliyyata 300 polis əməkdaşı cəlb edilib.
N-24 telekanalının məlumatına görə, ilkin istintaq materiallarına əsasən, “oğurluq, qarət və narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslər müəyyən vaxtlarda ərəb məhəlləsində toplaşırlar”.
Əməliyyat nəticələri barədə yanvarın 17-də məlumat veriləcəyi gözlənilir.