Almaniyada Azərbaycana həsr olunmuş info-stend təşkil olunub
10 may 2014 10:19 (UTC +04:00)

Almaniyada Azərbaycana həsr olunmuş info-stend təşkil olunub

Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Herford şəhərinin mərkəzi küçəsində bu ölkənin yerli sakinlərini və qonaqları Azərbaycanla yaxından tanış etmək məqsədilə info-stend təşkil edib. Lent.az-ın məlumatına görə, stenddə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, coğrafiyasını, təbii resurslarını əks etdirən foto-albomlar, kitablar, atributlar sərgilənib. Sərgidə əsas diqqət XX əsrin  əvvəllərindən başlayaraq - 1905, 1906, 1907, 1918-1923-cü illərdə erməni dəstələri və bolşeviklər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və qırğınların, eləcə də yaxın keçmişimizdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi Xocalı soyqırımı, Qarabağ müharibəsində etdiyi vəhşiliklərin alman ictimaiyyətinə çatdırılmasına yönəldilib.

Bununla da sərginin təşkilatçıları terrorçu Ermənistanın qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı ətraf rayonlarını işğal etməsini və bu torpaqlları azad etməli olduqlarını almanların timsalında dünya ictimaiyyətinə çatdırılmasına qismən nail olublar.

Bielefeld NRW Alman-Azərbaycan Cəmiyyəti mayın 10, 17, 24-ü və 31-də Bielefelddə, sonra isə Almaniyanın NRW Federal Əyalətinin müxtəlif şəhərlərində info-stendlərin təşkilini davam etdirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar