Almaniya və Fransa liderləri qaçqınlarla bağlı qərar verdilər
03 sentyabr 2015 20:41 (UTC +04:00)

Almaniya və Fransa liderləri qaçqınlarla bağlı qərar verdilər

0

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Avropaya miqrant axınının azaldılmasına dair qərarı razılaşdırıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters “ məlumat yayıb.  

 

“Olland və Merkel Avropaya keçməyə cəhd edən qaçqınlarla bağlı vəziyyətə dair qərar qəbul ediblər. Avropa İttifaqı öz dəyərlərinə uyğun şəkildə qətiyyətlə hərəkət etməlidir”, deyə Fransa prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.     

 

Məlumata görə, iki ölkə lideri “kvota” terminindən imtina edərək Aİ üzvü olan müxtəlif ölkələr arasında qaçqınların qəbulu ilə bağlı bölüşdürmə mexanizminin tətbiq edilməsini təsdiqləyiblər.

 

Almaniya kansleri Aİ-nin miqrantlar haqqında reqlamentin tələblərini icra etmək iqtidarında olmadığını qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar