Almaniya Sinay yarımadası üzərindən uçuşları dayandırdı
01 noyabr 2015 06:21 (UTC +04:00)

Almaniya Sinay yarımadası üzərindən uçuşları dayandırdı

0

Almaniyanın Lufthansa aviaşirkəti Rusiyaya məxsus “Airbus 321” sərnişin təyyarəsinin Misirdə  qəzaya uğramasından sonra təhlükəsizlik baxımından Sinay yarımadası üzərindən uçuşları dayandırıb.   APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, aviaşirkət qəzanın səbəbləri müəyyənləşənədək yarımadanın üzərindən uçuşları dayandırmağa qərar verib.    

 

Bundan əvvəl Air France aviaşirkəti  təhlükəsizlik baxımından Sinay yarımadası üzərindən uçuşları dayandırıb.    

 

Qeyd edək ki, İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.

 

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı bildirilir. 

 

Rusiya və Misirin rəsmi qurumları bu məlumatı təkzib ediblər. 

 

Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.  

 

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 651

Oxşar yazılar