Polşada KİV haqqında qanun edildikdən sonra Almaniya Xristian-Demokratik İttifaqı bu ölkəyə qarşı sanksiyaların tətbiq ediləcəyini istisna etməyib. APA-nın “Spiеgel”ə istinadən verdiyi xəbərə görə, bu barədə fraksiya rəhbəri Folker Kauder bildirib.
“Avropa dəyərlərinin pozulduğu təqdirdə Aİ-yə üzv olan dövlətlərin sanksiyalar tətbiq etməyə cəsarəti olmalıdır”, deyə Kauder bildirib.
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda KİV haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, hökumətə ictimai teleradiokanallarının rəhbərlərini təyin etmək səlahiyyəti verilib.
Bundan əvvəl Avropa Komissiyası qeyd olunan qanuna görə Polşaya təzyiqi gücləndirmək niyyətində olduğunu bildirib.