<span style="color:red;">Almaniya mətbuatı:  "Almaniya kəşfiyyatı Türkiyəni 38 ildir dinləyir"
23 avqust 2014 17:09 (UTC +04:00)

Almaniya mətbuatı: "Almaniya kəşfiyyatı Türkiyəni 38 ildir dinləyir"

Almaniyanın Xüsusi Xidmət orqanı BND 1976-ci ildən etibarən Türkiyəni dinləyir. Lent.az-ın xəbərinə görə, bu iddia ilə Almaniyanın nüfuzlu “Fokus” jurnalı çıxış edib. Jurnal BND-nin kansler Helmut Şmidtin əmriylə Türkiyəni dinləməyə başladığını yazıb. “Fokus”un yazdığına görə, dinləmə qərarını verən komissiya kansler aparatı, müdafiə nazirliyi, xarici işlər nazirliyi və iqtisadiyyat nazirliyi əməkdaşlarından ibarət olub.

 

1974-1982-ci illər aralığında Almaniya Federativ Respublikasında kansler olan sosial-demokrat Helmut Şmidt Türkiyənin Avropada yeri olmadığını fikrindədir. H.Şmidt sonuncu dəfə 2006-ci ildə verdiyi müsahibədə Türkiyənin Avropa ilə islam dünyası arasında körpü olmadığını bildirmişdi.

 

Xristian Sosial Birlik Partiyasının üzvü, millət vəkiuli Hans Peter Uhl dinləmə xəbərini təsdiq edərək BND-nin Türkiyəni dinləmək üçün kifayət qədər əsasları olduğunu düşünür: “İnsan alveri, narkotik ticarəti və terrorizm əsas səbəblərdir. Bir də ki, Avropa İttifaqı üzvlüyünə namizəd olan Türkiyədən bizə qarşı hansı təhlükələrin ola biləcəyini mütləq bilməliyik”.

 

Almaniya kəşfiyyatının Türkiyəni dinləməsi haqda xəbəri “Der Spiegel” yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Oxşar yazılar