Almaniya Həmkarlar Təşkilatı «Verdi» martın 27-də Frankfurt-Mayne və Münhen hava limanları fəhlələrinin tətil edəcəyi haqda bildiriş yayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mütəxəssislər uçuş vaxtının dəyişdiriləcəyi və bir sıra çətinliklərin yaranacağını bildiriblər.
Büdcədən maliyyələşən fəhlələr əmək haqqının ödənilməsi sisteminə yenidən baxılmasını tələb edib.
Həmkarlar təşkilatı martın 27-də səhər hava limanının bütün heyətini işə çıxmamağa çağırıb.
Frankfur-Mayne Londonun «Hirtou» və Parisin «Şarl de Qoll» hava limanlarından sonra Avropa üçüncü sayılır.