Almaniya ABŞ-ı qınayıb
12 iyul 2014 01:26 (UTC +04:00)

Almaniya ABŞ-ı qınayıb

0

Almaniya hakimiyyəti bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək vəzifəli əməkdaşının ölkədən çıxarılması “etimaddan sui-istifadə”yə qanunauyğun cavabdır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ABŞ tərəfindən casusluqla bağlı iki ehtimal olunan belə hadisənin olduğunu deyib.

 

Mənbə xatırladıb ki, bu il iyulun əvvəlində Almaniya federal kəşfiyyat xidmətinin keçmiş əməkdaşı gizli sənədləri MKİ-yə verməkdə şübhəli bilinərək, həbs edilib. Bu sənədlər qarşılığında onun 25 min avro aldığı ehtimal olunur.

 

İyulun 9 –da isə Almaniyanın Müdafiə Nazirliyinin əməkdaşı ABŞ-a casusluqda şübhəli bilinərək, tutulub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar