Airbus A-320 sərnişin təyyarəsini qəsdən qəzaya uğratdığı bildirilən ikinci pilot Andreas Lyubiçin sevgilisi hamilədir. Lent.az-ın məlumatına görə, bu barədə "The Daily Mail" yazır. Belə ki, məktəb müəlliməsi olan 26 yaşlı Katrin Qoldbax bir neçə həftə əvvəl hamilə olduğunu öyrənib. Ancaq mənbə A. Lyubiçin ata olacağından xəbərinin olub-olmadığını açıqlamayıb.
Qoldbaxla Lyubiç hələ yeniyetmə yaşlarında olanda Montabaur adlı alman şəhərində tanış olublar. Onlar birlikdə Burger King-də işləyirlərmiş. Daha sonra onlar Düsseldorfa köçüblər.
Ötən 7 il ərzində sevgililər dəfələrlə ayrılsalar da təkrar barışıblar. Dostlarının fikrinə görə, Lyubiç sevgilisinə qarşı həddindən artıq tələbkar olub. Ona açıq geyinməyə və kişilərlə ünsiyyət qurmağa icazə verməzmiş.
A.Lyubiçin sonuncu uçuşundan bir neçə həftə əvvəl cütlük yenə ayrılıbmış. Çarəsiz qalan pilot sevgilisiylə barışmaq üçün ona AUDİ avtomobili hədiyyə edib.
Martın 28-də Lyubiçin Düsseldorfdakı evində axtarış aparan əməliyyat qrupu oradan psixotrop dərmanlar aşkarlayıb. Bu da 27 yaşlı pilotun psixoloji problemləri olmasını sübut edir.
Qeyd edək ki, martın 24-də Fransanın Alp dağlarında qəzaya uğrayan A320 təyyarəsinin ikinci pilotu, alman Andres Lyubiçin homoseksual olduğu da iddia edilirdi.
Pilotun kompüterində onun xüsusi seksual zövqə malik olduğunu təsdiqləyən sübutlar üzə çıxdığı deyilirdi.
Bundan əlavə, təyyarənin ikinci qutusu hələ də tapılmayıb. Almaniyanın Lufthansa avia şirkətinin əməkdaşı, keçmiş pilot kay Kratki təyyarənin ikinci qutusunun tapılmasının çətin olduğunu deyib. Onun sözlərinə görə, saatda 800 kilometr sürətdə uçan təyyarə qayalığa zərblə dəydiyi üçün ola bilsin ki, uçuş səsyazanı siqnal ötürmür. Halbuki ikinci qara qutuda qəzaya uğramış təyyarə barədə daha ətraflı məlumat ola bilər.