Alman nazir Fransa Milli Cəbhəsini “faşist partiyası” adlandırıb
28 may 2014 04:10 (UTC +04:00)

Alman nazir Fransa Milli Cəbhəsini “faşist partiyası” adlandırıb

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Fransanın ifrat sağ mərkəzçi Milli Cəbhə Partiyasının lideri Marin Lü Penlə bağlı açıqlama verib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, Lü Peni «faşist» adlandırıb.

 

“Əgər seçicilər (Fransa seçicilərini nəzərdə tutur- red.)  bu ekstremist partiyaya səs veribsə, onda yalnız fransız həmkarlarımız deyil, biz də bu məsələ üzərində düşünməliyik” -deyə, o, vurğulayıb.

 

Lü Pennin başçılıq etdiyi Milli Cəbhə Partiyası mayın 25-də Fransa da keçirilən Avropa Parlamentinə seçkilərdə qalib gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar