Alimlər okeanların dəyərini hesabladı
25 aprel 2015 23:40 (UTC +04:00)

Alimlər okeanların dəyərini hesabladı

Dünya Vəhşi Təbiət Fondunun alimləri “Reviving the Ocean Economy” adlı yeni araşdırma təqdim ediblər. Bu tədqiqat dünya okeanının əhəmiyyətini dəyərləndirir, habelə onun mühafizəsinə dair tədbirlər təklif edir.

 

AZƏRTAC “ocean.panda.org.” saytına istinadən xəbər verir ki, tədqiqatın məlumatına görə, dünya okeanının əsas aktivlərinin dəyəri 24 milyard dollar təşkil edir ki, bunun da 1 milyard dolları mərcan rifləridir.

 

Araşdırmada qeyd olunur ki, okeanların təbii ki, misilsiz dəyəri var, lakin alimlərin fikrincə, belə qiymətləndirmə onların sərvətlərinin qorunub saxlanması sahəsində lazımi tədbirlər görülməsi məqsədilə strategiya hazırlanması üçün son dərəcə əhəmiyyətlidir.

 

Tədqiqatçılar bildirirlər ki, əslində riflər əmtəə və xidmət mənbəyidir. Məsələn, onlar müxtəlif canlı orqanizmlər üçün sığınacaqdır. Həmin orqanizmlər burada ov edir və nəsli artırırlar. Onlar həmçinin sahili qoruyur və bundan başqa həm də cəlbedici turizm obyektidir.

 

Okean vahid bir sistemdir, onun sərvətini qiymətləndirən mütəxəssislər isə müxtəlif vəziyyətlər arasında qarşılıqlı əlaqəni izləməlidirlər. Məsələn, balıq ovu ilə okeanın kimyəvi tərkibi arasında, iqlimlə okeanın vəziyyəti arasında olan əlaqəni. Bir çox qeyri-maddi aktivləri dəyərləndirmək mümkün deyil, məsələn, sahil xətləri boyunca qumun miqdarını, yaxud okeanların mədəniyyətə töhfəsi baxımından onların əhəmiyyətini.

 

Ehtimal olunur ki, əgər okean ölkə olsaydı, iqtisadiyyatının həcminə görə dünyada yeddinci ölkə olardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar