Alimlər: Kimyəvi terapiya beyni dağıdır
02 may 2015 22:07 (UTC +04:00)

Alimlər: Kimyəvi terapiya beyni dağıdır

Kimyəvi terapiyanın onkoloji xəstəliklərlə mübarizədə bəzən yeganə vasitə kimi tətbiq edildiyinə baxmayaraq, alimlər bu prosesin orqanizmə daha bir mənfi təsirini üzə çıxarıblar. Kanada ekspertlərinin araşdırmaları nəticəsində məlum olub ki, kimyəvi terapiya baş beynin fəaliyyətinin pozulmasına səbəb olur. Bu proseduradan beynin yaddaş və diqqətin cəmlənməsinə “cavabdeh” olan nahiyəsi xüsusilə zərər çəkir.

 

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kanada alimlərinin eksperimentlərdə döş vəzisi xərçəngindən sağalmış qadınlar iştirak ediblər. Məlum olub ki, bu qadınlar onlara verilən tapşırıq üzərində diqqətlərini uzun müddət cəmləyə bilmirlər. Buna səbəb isə beynin müvafiq nahiyəsinin işləməməsidir. Lakin qadınlardan heç nə tələb olunmadığı halda onların beyni adi qaydada işləyib.

 

Alimlər ümid edirlər ki, onların araşdırmalarının nəticələri gələcəkdə onkoloqlara kimyəvi terapiyanın xəstələrin baş beyninə təsirini nəzərə almalarına və müalicə prosesinin səviyyəsini yaxşılaşdırmağa kömək edər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar