Alim xərçəngi Snoudenin şərəfinə adlandırdı
26 avqust 2015 23:44 (UTC +04:00)

Alim xərçəngi Snoudenin şərəfinə adlandırdı

0

Almaniyalı alim Kristian Lukhaup (Christian Lukhaup) İndoneziya çay xərçənginin bir növünü ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snoudenin şərəfinə adlandırıb.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, alim xərçəngin “Cherax snowden” növünü ilk dəfə 2006-cı ildə görüb. Ancaq hələ bu il təsvir edilməsi və lazımi tədqiqatların aparılması üçün bu növün nümayəndələri barədə ətraflı məlumat əldə edə bilib.

 

K.Lukhaup “Washington Post” qəzetinə verdiyi müsahibədə bildirib ki, yeni növləri təsvir edərkən onlardan birini Edvard Snoudenin şərəfinə adlandırmaq qərarına gəlib.

 

“Cherax snowden” çay xərçəngləri Yeni Qvineya adasının qərb bölgəsində şirinsulu çaylarda yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar