Ali Radaya seçkilərdə “Xalq Cəbhəsi” partiyası  irəlidədir
29 oktyabr 2014 07:58 (UTC +04:00)

Ali Radaya seçkilərdə “Xalq Cəbhəsi” partiyası irəlidədir

0

Ukrayna Ali Radasına seçkilərdə bülletenlərin hesablanmış 97 faizinin nəticəsinə görə Arseniy Yatsenyukun rəhbəri olduğu “Xalq Cəbhəsi” partiyası  liderdir. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  Ukrayna MSK-nın məlumatına əsasən,  səsvermədə seçicilərin 22,21 faizi “Xalq Cəbhəsi”ni dəstəkləyib, seçicilərin 21,82 faizinin  etimadını qazanmış  “Pyotr Poroşenkonun bloku” isə ikinci yerdədir.  

 

Lvov meri Andrey Sadovoyun lideri olduğu “Samopomoş” birliyi 11,03 faiz, Yuri Boykonun “Müxalifət bloku” - 9,31 faiz, Oleq Lyaşkonun “Radikal Partiyası” - 7,44 faiz, Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” partiyası isə 5,69 faiz səs toplayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar