Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Krım Ali Şurasının muxtar respublika ərazisində referendumun keçirilməsi haqda qərarının ləğvinə dair fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmanın mətni A.Turçinovun rəsmi səhifəsində yerləşdirilib.
Fərmanın imzalandığı andan qüvvəyə mindiyi bildirilir.