Futbol üzrə Ukrayna Milli komandasının və Mahaçqalanın «Anji» klubunun yarımmüdafiəçisi Aleksandr Əliyev Rusiya çempionatında Krım komandasının oynaması ehtimalına və yarımada ətrafında baş verənlərə münasibət bildirib.
Lent.az-ın «korrespondent.net»-ə istinadən məlumatına görə, o, deyib: «Mən siyasətçi deyiləm. Bunu müzakirə edə bilmərəm. Qoy oralarda bu araşdırsınlar. Ancaq bir məsələni deyim: Mən Ukrayna tərəfdarıyam, mən orada yaşayıram. Ukraynadan insanların getdiyinə televizorda baxanda təəssüf edirəm. Ölkəmizdə bütün işlərin qayda düşməsi və insanların dinc yaşaması üçün yumruğumu sıxmaqdan başqa əlimdən bir işə gəlmir. Mən Ukrayna vətənsevəriyəm. Mən bu ölkəni müdafiə edirəm. Mən orada oturuşmuşam. Baş verənlər mənim, eləcə də ailəmin xoşuna gəlmir».