Albaniya Mərkəzi Bankından 5 milyon oğurlanıb
31 iyul 2014 05:09 (UTC +04:00)

Albaniya Mərkəzi Bankından 5 milyon oğurlanıb

0

 

Albaniyanın Mərkəzi Bankının xəzinəsindən 5 milyon avro çıxarılıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Assoşieyted pres” xəbər yayıb.

 

Hakimiyyət təmsilçiləri pulun oğurlanmasında şübhəli bilinən bankın iki əməkdaşını həbs edib. Onlardan biri suçunu etiraf edərək, 4 il ərzində pulları hissə-hissə oğurlandığını bildirib.

 

Məlumata əsasən, oğurlanan pulların çoxu qumar oyunlarına xərclənib.

 

Albaniya Mərkəzi Bankı ölkə ərazisində qiymətlərin sabitliyinə nəzarət etməklə yanaşı, 14 özəl bankı idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar