AKP-nin V qurultayı keçirilir
12 sentyabr 2015 14:00 (UTC +04:00)

AKP-nin V qurultayı keçirilir

0
Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) V Qurultayı başlayıb.

 

APA-nın qurultayın gedişini izləyən Türkiyə müxbirinin məlumatına görə, əvvəlcə AKP-nin yaranmasını və 13 illik iqtidarını əks etdirən videoçarx nümayiş etdirilib. AKP-nin qurucu lideri və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film göstərilib. Gənclər “Ya Allah, bismillah, Allahu əkbər!”, “Zəfər islamındır!” və digər şüarlar səsləndiriblər.

 

AKP sədri və baş nazir Əhməd Davudoğlu salona gəlməzdən əvvəl binanın qarşısındakı AKP üzv və tərəfdarlarına müraciət edib. İqtidara xaricdən və daxildən müxtəlif metodlarla əngəllər yaradıldığını söyləyən Ə. Davudoğlu, “Millət buna ən yaxşı cavabı 1 noyabrdakı seçkidə Ak Parti bayrağını yenidən iqtidara dikərək verəcək”, - deyə vurğulayıb. Daha sonra salona daxil olan Əhməd Davudoğu xanımı ilə birlikdə qurultay nümayəndələrini salamlayıb.

 

AKP sədrinin təşkilatlara cavabdeh müavini Süleyman Soylu 1275 nümayəndənin iştirak etdiyi qurultayı açıq elan edib: “Ak Parti qurultaylarının həmişə bir vəzifəsi olub. Bugünkü qurultayın bəşəri qurultay olduğunu da beynəlxalq ictimaiyyət yaxşı bilir. Partiyamızın qurucusu və prezidentimiz Rəcəb Tayyib Ərdoğana bu böyük ailəni bir araya gətirdiyinə görə, təşəkkür edirik”.

 

7 iyundakı seçkinin tamamlanmadığını deyən S. Soylu xalqın iradəsi ilə seçkinin 1 noyabrda tamamlanacağını bildirib. O, daha sonra qurultay sədarətinin seçilməsi üçün gələn təklifi oxuyub. Təklifi AKP lideri və baş nazir Əhməd Davudoğlu, Mərkəzi Qərar və İdarə Şurasının üzvləri və 81 vilayətin təşkilat sədrləri imzalayıblar. Təklifin səsə qoyulmasından sonra keçmiş ədliyyə naziri Bəkir Bozdağ qurultayı idarə edəcək heyətə sədr seçilib. Sədarətə seçilənlər arasında bir neçə gün əvvəl “Hürriyet” qəzetinə edilmiş hücumları dəstəkləyən İstanbul millət vəkili Əbdürrəhman Boynuqalın da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar