AKP-nin namizədindən nurçuların agentliyinə ittiham
31 mart 2014 00:27 (UTC +04:00)

AKP-nin namizədindən nurçuların agentliyinə ittiham

AKP-nin Ankardakı namizədi Melih Gökçek “Hizmet” Hərəkatına bağlı olan “Cihan” xəbər agentliyini Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrini saxtalaşdıraraq, ictimaiyyətə  açıqlamaqda ittiham edib.

 

APA-nın xəbərinə görə,  M. Gökçek bildirib ki, o, Ankarada rəqibi, CHP-nin namizədi olan Mansur Yavaşa 50 faizə 39 faiz nisbəti ilə qalib gələcək.

 

M. Gökçek CHP-dən olan rəqibi ilə “Cihan” xəbər agentliyini işbirliyi qurmaqda qınayıb: “ Mən hər kəsi “Cihan” xəbər agentliyinə inanmamağa çağırıram. Çünki onlar səslərin nəticələrini saxtalaşdırırlar. Bunun məqsədi isə vətəndaşları küçələrə tökməyə çalışmaqdır”.

 

M. Gökçekdən əvvəl isə CHP-nin Ankaradan olan namizədi Mansur Yavaş mətbuat konfransı keçirərək, Ankarada səslərin 50 faizini qazanması barədə məlumatı olduğunu deyib.

 

CHP isə bir mətbuat açıqlaması ilə rəsmi Anadolu Agentliyini (AA) seçkinin nəticələrini saxtalaşdıraraq yaymaqda ittiham edib. CHP-nin iddiasına görə, AA CHP-nin aldığı səsləri azaldaraq məlumat yayır.   

 

İstanbulda isə AKP-nin İstanbul İl Başqanı Əziz Babuşçu mətbuat konfransı keçirərək, aldıqları məlumata görə, İstanbulda AKP-nin namizədi Kadir Toppaşın qalıb olduğunu açıqlayıb.          

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1498
avatar

Oxşar yazılar

Magistral körpü uçdu:  10-dan çox şəxs öldü

Magistral körpü uçdu: 10-dan çox şəxs öldü

20 iyul 2024 , 08:02
ABŞ-də 2,3 min uçuş LƏĞV EDİLDİ

ABŞ-də 2,3 min uçuş LƏĞV EDİLDİ

20 iyul 2024 , 06:21
Nigeriya "Meta"nı 200 milyon dollar CƏRİMƏLƏDİ

Nigeriya "Meta"nı 200 milyon dollar CƏRİMƏLƏDİ

20 iyul 2024 , 04:47
İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirdi

İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirdi

20 iyul 2024 , 03:53
Keçmiş deputatı güllələyib ÖLDÜRDÜLƏR

Keçmiş deputatı güllələyib ÖLDÜRDÜLƏR

20 iyul 2024 , 01:05
Təl-Əvivdə PARTLAYIŞ:  ölən və yaralananlar var

Təl-Əvivdə PARTLAYIŞ: ölən və yaralananlar var

19 iyul 2024 , 08:38
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

19 iyul 2024 , 06:57
İngiltərədə etnik pakistanlılar  iğtişaşlar törətdi

İngiltərədə etnik pakistanlılar iğtişaşlar törətdi

19 iyul 2024 , 03:47