Air France Sinay yarımadası üzərindən uçmayacaq
31 oktyabr 2015 21:59 (UTC +04:00)

Air France Sinay yarımadası üzərindən uçmayacaq

Air France aviaşirkəti Rusiyaya məxsus sərnişin təyyarəsi Misirdə  qəzaya uğradıqdan sonra təhlükəsizlik baxımından Sinay yarımadası üzərindən uçuşları dayandırıb.   APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.

 

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı bildirilir. 

 

Rusiya və Misirin rəsmi qurumları bu məlumatı təkzib ediblər. 

 

Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.  

 

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar