Ailələrini Çindən çıxaran məmurlar cəzalandırılıb
08 iyun 2014 07:13 (UTC +04:00)

Ailələrini Çindən çıxaran məmurlar cəzalandırılıb

0

Çin hakimiyyəti anti-korrupsiya araşdırması çərçivəsində müəyyən edib ki, ölkənin cənubunda, Quandun əyalətindəki mindən çox dövlət məmurunun xanımı və uşaqları xaricdə yaşayır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rəsmi Pekin bunu korrupsiya ilə əlaqələndirərək, bu sayaq məsələni bir dəfəlik həll etməyə cəhd göstərir.

 

Məlumata əsasən, ailə üzvləri xaricdə məmurların qanunsuz yolla əldə etdiyi vəsait hesabına yaşayır.

 

Çində belə dövlət xadimlərinə “çılpaq varlılar” ləğəbi verilib. Çünki onlar gəlirləri ilə bağlı öz vətənlərində qətnamə hazırlamır.

 

Cəzalandırılan məmurların bəziləri ailələrindən Çinə qayıtmasını istəyib, bəziləri isə tutduqları vəzifədən azad ediliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1265

Oxşar yazılar