Ailə üzvlərini öldürüb özünü güllələdi
27 fevral 2016 03:38 (UTC +04:00)

Ailə üzvlərini öldürüb özünü güllələdi

0

ABŞ-ın Vaşinqton ştatında dəhşətli hadisə baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ştatın Meyson dairəsində kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb.

 

Polis əməkdaşları hadisə yerində azyaşlı qızı tapıblar. Ehtimala görə, o, qatilin uşaqlarından biridir.

 

Qeyd olunur ki, cinayətkar özü polisə zəng edərək ailəsini qətlə yetirdiyini bildirib.

 

Hadisənin motiv və səbəbləri hələ ki,  məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar