Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edir
09 sentyabr 2014 01:06 (UTC +04:00)

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edir

Aİ Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şuranın sədri Herman van Rompuy bəyan edib.

 

“Sanksiyalar Şuranın avqustun 30-da keçirilən iclasından sonra qəbul edilib. Aİ Şurası Rusiya ərazisindən Ukraynanın şərqinə  keçirilən silah, sursat və canlı qüvvə təchizatının qarşısının alınmamasını və təcavüzün artmasını pisləyib”, -  van Rompuy qeyd edib.

 

Bəyanatda həmçinin bildirilir ki sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətini dəyişmək məqsədilə tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Oxşar yazılar