Aİ qaçqınların Türkiyədə qalması üçün 3 mlrd avro ayıracaq
16 oktyabr 2015 07:27 (UTC +04:00)

Aİ qaçqınların Türkiyədə qalması üçün 3 mlrd avro ayıracaq

0

Avropa Birliyi ölkələri Suriya qaçqınlarının Türkiyə ərazisində qalması üçün Ankaraya 3 mlrd avro ayırmaq imkanını nəzərdən keçirirlər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Almaniya kansleri Angela Merkel qaçqınların məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.    

 

 Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri həmçinin Türkiyənin Aİ-də üzvlüyü ilə bağlı danışıqlar prosesinin aktivləşdirilməsinə dair razılığa gəliblər.

 

Merkel bundan əvvəl Türkiyənin qaçqınlar probleminə 7 mlrd avro xərclədiyini bildirib. Ölkəyə bu məsələdə xarici yardım 1 mlrd avro təşkil edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar