Aİ Gürcüstana vizasız rejimin şərtlərini açıqladı
21 iyul 2015 04:08 (UTC +04:00)

Aİ Gürcüstana vizasız rejimin şərtlərini açıqladı

Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan korrupsiya  və narkotiklərin yayılması ilə mübarizə sahəsində əlavə islahatlar keçirməlidir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bildirib.  

 

“Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan hələ bir neçə əlavə islahatlar həyata keçirməlidir. Söhbət Gürcüstanın korrupsiya, narkotiklərin yayılması və insan alveri ilə mübarizə sahəsində  səylərinin artırılmasından gedir”, deyə o bildirib.

 

“Şəxsən mən Gürcüstana vizasız rejimin tətbiq edilməsini çox arzulayıram, lakin  mənim diləyim zəmanət deyil, islahatları davam etdirmək lazımdır”, deyə Tusk əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar