İranla sazişin bağlanılması nəinki Yaxın Şərqdə, bütün dünyada təhlükəsizlik üçün vacibdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini Fransa, Almaniya, Böyük Britaniya və ABŞ XİN rəhbərləri ilə görüşündən sonra bildirib.
“Yaxın iki həftə həlledici olacaq. Bəzi məsələlər həll edilməmiş qalmaqdadır, onların həlli istiqamətində fəal iş aparılacaq. Bu günlərdə İranla razılaşmaya nail olmaq nəinki Yaxın Şərqdə, bütün dünyada təhlükəsizlik üçün vacibdir”, deyə Moqerini vurğulayıb.
Onun sözlərinə görə, əldə olunacaq saziş İranın nüvə proqramı çərçivəsində nüvə silahının istehsal edilməsinə yol verməməlidir.